^

Qərar N13 2025-ci il

NАХÇIVАN  MUХTАR  RЕSPUBLİKАSI

АLİ  MƏHKƏMƏSİ  RƏYАSƏT  HЕYƏTİNİN

 

Q Ə R А R I  № 13

 

           18  noyabr 2025-ci ildə                                                                  Nахçıvаn şəhərində

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğı­dаkı tərkibdə:

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin sədri vəzifəsini icra edən Müşfiq Həsənovun sədrliyi, cinayət kollegiyasının sədri İlqar Mirzəyevin, inzibati kollegiyanın sədri Yusifəli Qurbanovun, kommersiya kollegiyasının sədri Səxavət Bəylərlinin, mülki kollegiyanın sədri Mehman Allahverdiyevin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının tərkibinin təşkil edilməsi    məsələsini müzakirə edərək, Hakimlərin Qiymətləndirmə Komitəsinin “Hakim Əliyev Mehdi Ədalət oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində ixtisaslaşmasının mülki kollegiyadan cinayət kollegiyasına dəyişdirilməsinə razılıq verilməsi barədə” 17 noyabr 2025-ci il tarixli qərarını nəzərə alaraq və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsini rəhbər tutaraq   

Q Ə R A R A   A L I R :

 

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 15 aprel 2025-ci il tarixli, 07 nömrəli qərarı ilə Mülki Kollegiyanın hakimi müəyyən edilmiş Əliyev Mehdi Ədalət oğlu həmin kollegiyanın tərkibindən çıxarılsın və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimi müəyyən edilsin.

 

 

                       Sədr  vəzifəsini icra edən                                     Müşfiq Həsənov