171.gif)
NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI
АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN
Q Ə R А R I № 13
18 noyabr 2025-ci ildə Nахçıvаn şəhərində
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğıdаkı tərkibdə:
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin sədri vəzifəsini icra edən Müşfiq Həsənovun sədrliyi, cinayət kollegiyasının sədri İlqar Mirzəyevin, inzibati kollegiyanın sədri Yusifəli Qurbanovun, kommersiya kollegiyasının sədri Səxavət Bəylərlinin, mülki kollegiyanın sədri Mehman Allahverdiyevin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının tərkibinin təşkil edilməsi məsələsini müzakirə edərək, Hakimlərin Qiymətləndirmə Komitəsinin “Hakim Əliyev Mehdi Ədalət oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində ixtisaslaşmasının mülki kollegiyadan cinayət kollegiyasına dəyişdirilməsinə razılıq verilməsi barədə” 17 noyabr 2025-ci il tarixli qərarını nəzərə alaraq və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsini rəhbər tutaraq
Q Ə R A R A A L I R :
1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 15 aprel 2025-ci il tarixli, 07 nömrəli qərarı ilə Mülki Kollegiyanın hakimi müəyyən edilmiş Əliyev Mehdi Ədalət oğlu həmin kollegiyanın tərkibindən çıxarılsın və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimi müəyyən edilsin.
Sədr vəzifəsini icra edən Müşfiq Həsənov