Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində Mülki Kollegiyanın sədri Əli Allahverdiyevin 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Əli Allahverdiyevi yubileyi münasibətilə təbrik edib, bildirib ki, o, ömrünü məhkəmə və hüquq sahəsinin inkişafına həsr etmiş, öz fəaliyyəti ilə hər zaman gənc hakimlər üçün yolgöstərici və nümunə olmuşdur. Əli Allahverdiyev hakim kimi fəaliyyət göstərdiyi uzun illər ərzində bu ağır peşənin öhdəsindən şərəflə gəlmiş, məhkəmə hakimiyyətinin inkişafına əvəzsiz töhfələr vermişdir.
Tədbirin digər çıxışçıları da Əli Allahverdiyevi təbrik edərək, onu hər zaman nümunə kimi qəbul etdiklərini bildirib uğur arzu ediblər.
Sonda Əli Allahverdiyevə Məhkəmənin kollektivi adından hədiyyə təqdim olunub.