Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tərəfindən vətəndaşların qəbulu davam etdirilmişdir. Vətəndaşlarla növbəti görüş Şahbuz şəhərində olmuşdur. Ali Məhkəmənin sədri Qasım Əliyev 25 iyul 2019-cu il tarixdə Şahbuz Rayon Məhkəməsində vətəndaşları qəbul edərək onların müraciətlərini dinləmişdir. Qəbul zamanı müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.