^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev Şahbuz şəhərində vətəndaşları qəbul edib

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tərəfindən vətəndaşların qəbulu davam etdirilmişdir. Vətəndaşlarla növbəti görüş Şahbuz şəhərində olmuşdur.  Ali Məhkəmənin sədri Qasım Əliyev 25 iyul 2019-cu il tarixdə Şahbuz  Rayon Məhkəməsində vətəndaşları qəbul edərək onların müraciətlərini dinləmişdir. Qəbul zamanı müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.