^

“Law and climate” adlı beynəlxalq konfrans keçirilib

 

 

2024-cü il sentyabrın 6-da Bakıda Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Law and climate” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Beynəlxalq Hakimlər İttifaqının prezidenti Duro Sessa, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, hakimlər, vəkillər, hüquqşünas alimlər və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iştirak edib.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.