^

Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün “Təqsirsizlik prezumpsiyasında trasologiya, mövcud problemlər, yol verilən nöqsanlar və həlli üsulları” mövzusunda təlim keçilib

Mayın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün “Təqsirsizlik prezumpsiyasında trasologiya, mövcud problemlər, yol verilən nöqsanlar və həlli üsulları” mövzusunda təlim keçilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri İlqar Mirzəyev tərəfindən keçilən təlimdə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəzifəsini icra edən Əli Allahverdiyev və Kommersiya Kollegiyasının sədri Əhliman Xıdırov iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq keçirilən bu cür tədbirlərin tələbələrin ixtisaslı kadrlar kimi yetişdirilməsində əhəmiyyətini vurğulayıb.

Əli Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq həyata keçirilən təlimin tələbələrin cinayət hüququ sahəsinə olan maraqlarının daha da artmasına xidmət etməklə yanaşı, cinayətlərin məhkəməyəqədərki tədqiqatı barədə onlarda zəruri biliklərin formalaşmasına töhfə verəcəyini bildirib, gələcəyin gənc hüquqşünaslarına uğur arzulayıb.

Mövzu ətrafında hazırlanmış slayd müşayiəti ilə keçirilən təlimdə iştirakçılara təqsirsizlik prezumpsiyası, həmin prinsipin tarixi və qanunvericiliyimizdəki yeri barədə geniş məlumat verildikdən sonra trаsоlоgiyаnın predmeti, əsaslandığı еlmi müddəаlаr, trasologiyada izlərin qrup təsnifatları ətraflı izah olunub.

Təlimdə iştirakçılar həmçinin insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılan daktiloskopik qeydiyyat, DNT tədqiqatının köməyi ilə şəxsiyyətin eyniləşdirilməsi metodu ilə yanaşı аyаq və аyаqqаbı izinin еkspеrtizаsı, insаn diş, dоdаq və dırnаq izlərinin еkspеrtizаları, sındırmа аlət və vаsitələri izlərinin еkspеrtizаsı (mехаnоskоpik еkspеrtizа) ilə bağlı ətraflı məlumatlandırılmışlar.

Qeyd olunmuşdur ki, trasologiya həmişə ən perspektivli bölmə olmuşdur. Məhkəmə təcrübəsinin təhlili göstərir ki, cinayətlərin böyük əksəriyyəti cinayətkarın ətraf mühitlə fəal qarşılıqlı əlaqədə olduğu zaman baş verir. Əvvəlcə kriminalist texnikanın formalaşması zamanı iz təlimi əsas və həlledici rol oynayırdı. Hazırda kriminalistik texnika trasologiyanın indiki konsepsiyasını, onun açılmamış potensialını, təkmilləşdirilmiş üsullarını və izlərin aşkar edilməsi və təsbit edilməsi üzrə son metodları yalnız tədris fənni kimi təkmilləşdirmir, həm də bunun nəticəsi olaraq cinayətlərin aşkarlanmasının səmərəliliyini artırır. Cinayətkarlığın və onun dinamikasının artımının müşahidə olunduğu son illərdə cinayət mühakimə icraatında elm və texnikanın nailiyyətlərinin əsas bələdçisi olan kriminalistika və məhkəmə ekspertizalarının formalaşmasına və təkmilləşdirilməsinə daha çox zərurət var.

Təlimin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda trasoloji ekspertizaların tətbiq edildiyi Robert Şvartz cinayəti barədə “İstintaq təcrübəsi, izin sirri” sənədli filmi nümayiş olunub.