^

Qərar N4 2025-ci il

NАХÇIVАN  MUХTАR  RЕSPUBLİKАSI

АLİ  MƏHKƏMƏSİ  RƏYАSƏT  HЕYƏTİNİN

 

                                                                       Q Ə R А R I  5

 

           03  mart 2025-ci ildə                                                                       Nахçıvаn şəhərində

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğı­dаkı tərkibdə:

Аli Məhkəmənin sədri Səadət Bəktaşinin sədrliyi, mülki kollegiyanın sədri Əli Allahverdiyevin, cinayət kollegiyasının sədri İlqar Mirzəyevin, inzibati kollegiyanın sədri Yusifəli Qurbanovun, kommersiya kollegiyasının sədri Səxavət Bəylərlinin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 25 fevral 2025-ci il tarixli, 4 nömrəli qərarının ləğvi məsələsini müzakirə edərək “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsini və Məhkəmə-Hüquq Şurasının 23 yanvar 2025-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnamə”nin 3.1.8-ci bəndini rəhbər tutaraq   

 

Q Ə R A R A   A L I R :

 

Hakimlərin məhkəmə daxilində ixtisaslaşmalarının müəyyən edilməsinə və dəyişdirilməsinə dair “Hakimlərin Qiymətləndirilməsi Komitəsi”nin qərarı tələb olunduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Vüqar Quliyevin Kommersiya kollegiyasının tərkibindən çıxarılması və Cinayət kollegiyasının hakimi müəyyən edilməsi barədə  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 25 fevral 2025-ci il tarixli, 4 nömrəli qərarı ləğv edilsin.

 

 

                       S ə d r                                                 Səadət Bəktaşi