Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn noyabr ayının 25-də Culfa Rayon Məhkəməsində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-dan 12:00-dək davam edəcək.
Vətəndaşlar Culfa Rayon Məhkəməsinin əlaqə nömrəsi və elektron poçt ünvanı vasitəsilə (telefon: (036) 546-12-06, elektron poçt ünvanı: culfa@courts.gov.az, ünvan: Culfa şəhəri, Şəhid Əliqulu küçəsi) qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qəbula qeydiyyat qəbulun həyata keçiriləcəyi gündən əvvəlki iş günü saat 18:00-da başa çatır.