^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Sədərək rayonunda vətəndaşları qəbul edib

 

Oktyabr ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn Sədərək rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

Qəbul zamanı vətəndaşları narahat edən məsələlər dinlənilib, qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.