^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn vətəndaşları qəbul edəcək

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn sentyabr ayının 23-də Babək Rayon Məhkəməsində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-dan 12:00-dək davam edəcək.

Vətəndaşlar Babək Rayon Məhkəməsinin əlaqə nömrəsi və elektron poçt ünvanı vasitəsilə (telefon: (036) 541-41-77, elektron poçt ünvanı babek@courts.gov.az, ünvan: Babək qəsəbəsi, H.Əliyev prospekti) qəbula yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbula qeydiyyat qəbulun həyata keçiriləcəyi gündən əvvəlki iş günü saat 18:00-da başa çatır.