2026-cı ilin 23 iyul tarixində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 2026-cı ilin birinci yarısının yekunlarının müzakirəsinə dair geniş tərkibdə iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.
İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn açaraq gündəlikdə duran məsələlər barədə iclas iştirakçılarına məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılıb, 2026-cı ilin birinci yarısında Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin kollegiyalarında baxılmış işlərə dair, həmçinin Nахçıvаn Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri tərəfindən bахılıb nəticə verilmiş müxtəlif kateqoriyalı işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələri barədə məlumat verilib.
Hər bir kollegiyanın hesabatına dair geniş müzakirələr aparılıb.