^

Aida Hüseyn Ordubad rayonunda vətəndaşları qəbul edib

 

14 May 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn Ordubad rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

Qəbul zamanı qaldırılan məsələlər diqqətlə dinlənilib, qanuna uyğun şəkildə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.