^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Ulu Öndərin xatirəsini yad edib

 

May ayının 10-da   Ümummilli Lider Heydər Əliyevin xatirəsi anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi tərəfindən yad edilib, Ulu Öndərin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Əməkdaşlar Ümummilli Liderin həyat və fəaliyyətini, çoxşaxəli siyasi fəaliyyətini, o cümlədən həyatının Naxçıvan mərhələsini əks etdirən fotoşəkil və eksponatlarla tanış olublar.