^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn vətəndaşları qəbul edəcək

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn may ayının 14-də Ordubad Rayon Məhkəməsində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-dan 12:00-dək davam edəcək.

Vətəndaşlar Ordubad Rayon Məhkəməsinin əlaqə nömrəsi və elektron poçt ünvanı vasitəsilə (telefon: (036) 547-14-15, elektron poçt ünvanı ordubad@courts.gov.az, ünvan: Ordubad şəhəri, Mənsur Ağa küç., 8,) qəbula yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbula qeydiyyat qəbulun həyata keçiriləcəyi gündən əvvəlki iş günü saat 18:00-da başa çatır.