^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Şahbuz rayonunda vətəndaşları qəbul edib

 

Aprel ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn Şahbuz rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

Qəbul zamanı vətəndaşları narahat edən məsələlər dinlənilib, qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.