Fevral ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn Kəngərli rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi və vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş Şəhidlər Abidə Kompleksi ziyarət olunaraq önlərinə gül dəstələri qoyulub.
Qəbul zamanı qaldırılan məsələlər diqqətlə dinlənilib, problemlərin operativ araşdırılması və qanuna müvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.