Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 20 Yanvar faciəsinin 36-cı mildönümünə həsr olunmuş şahmat birinciliyi keçirilib. Naxçıvan Şahmat Mərkəzində reallaşan yarışda 40 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarışa start verilib. Nəticələrə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Yunis Xəlilov 6 xalla kişilər arasında ikinci yerə layiq görülüb.
Qaliblər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazliyi tərəfindən mükafatlandırılıb.