^

Yeni vəzifələrə təyin edilən hakimlərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində kollektivə təqdimatı həyata keçirilib

2025-ci ilin dekabr ayının 29-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi təyin olunmuş Əziz Eminov və Babək Rayon Məhkəməsinin hakimi təyin olunmuş Aynur Əhmədova kollektivə təqdim olunub.

Təqdimat zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn yeni təyin olunmuş hakimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məhkəmənin sədri bildirib ki, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə hakim korpusu yenilənir. Aida Hüseyn yeni təyin olunmuş  hakimlərin əvvəlki fəaliyyətləri barədə məlumat verərək, onların öz fəaliyyətlərində qazandıqları təcrübənin məhkəmə hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə və cəmiyyətimizdə ədalət mühakiməsinə olan etimadın daha da artırılmasına töhfə verəcəyinə şübhə etmədiyini bildirib. Onlara qərəzsiz, ədalətli olmaq, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlamaq, yüksək hakim adına hörmət ruhunda davranmağı fəaliyyətlərində prioritet kimi müəyyən etmək tövsiyə edilib.  

Sonra yeni vəzifələrə təyinat alan hakimlər çıxış edərək onlara göstərilən yüksək etimad üçün minnətdarlıqlarını bildirib, vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışacaqlarını qeyd ediblər.