Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yurisdiksiyasına aid olan rayon (şəhər) və ixtisaslaşmış məhkəmələrdə olub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzlərində yerləşən abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Ali Məhkəmənin sədri Naxçıvan şəhərində yerləşən ixtisaslaşmış məhkəmələrin, muxtar respublikada yerləşən rayon məhkəmələrinin və Naxçıvan Şəhər Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti ilə tanış olub. Ziyarət zamanı Ali Məhkəmənin sədri mövcud olan maddi texniki bazaya, məhkəmələrin iclas otaqlarına, iş kabinetlərinə baxış keçirib, kollektivlə, onların iş şəraiti ilə maraqlanıb.



.jpg)
.jpg)