^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Səadət Bəktaşi ilə görüş keçirilib

 

2025-ci il noyabrın 12-də Naxçıvan Muxtar Respublikası  Ali Məhkəməsində hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilmiş Məhkəmənin sabiq sədri Səadət Bəktaşi ilə  görüş keçirilib.

Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini Müşfiq Həsənov açaraq Səadət Bəktaşinin ölkənin hüquq ictimaiyyətinə və məhkəmə sisteminə dəyərli töhfələrini vurğulayıb, onun həm hüquqşünas kimi, həm də şəxsi keyfiyyətləri ilə daim örnək olduğunu bildirib, Səadət Bəktaşiyə sonraki fəaliyyətində uğur arzulayıb.

Tədbirdə çıxış edən Səadət Bəktaşi həm hakim, həm də məhkəmə sədri kimi fəaliyyəti zamanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin olunması və ona göstərilən etimadı doğrultmaq üçün çalışdığını bildirib, kollektivə öz xoş arzularını çatdırıb.

Daha sonra çıxış edən tədbir iştirakçıları Səadət Bəktaşiyə rəhbər kimi nümunəvi fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında uğur arzulayıblar.