Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan şəhərində yerləşən məhkəmələrin kollektivləri Zəfər Abidəsini ziyarət ediblər
Abidənin önünə gül dəstələri qoyulub, Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb. Bu gün bütün torpaqlarımızda üçrəngli bayrağımız əbədi dalğalanır. Bu hünər savaşında şirin canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim yaşadılır.








