^

“Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaranmasının 100 illiyi”nə həsr olunmuş muxtar respublika məhkəmələri arasında intellektual bilik yarışı təşkil olunub

31 oktyabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaranmasının 100 illiyi”nə həsr olunmuş  muxtar respublika məhkəmələri arasında intellektual bilik yarışı təşkil olunub.

Yarışın əsas məqsədi hüquqşünaslar arasında bilik mübadiləsini genişləndirmək, hüquqi maarifləndirməni təşviq etmək və məhkəmə əməkdaşlarının potensialını üzə çıxarmaq olub.

Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparat rəhbəri Gülay Qurbanova tədbir iştirakçılarını salamlayıb, intellektual oyunun məqsədləri barədə məlumat verib və  onlara uğurlar arzulayıb.

Yarışın yekun nəticəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Kommersiya  Məhkəməsinin əməkdaşı birinci, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin əməkdaşı ikinci, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı üçüncü yerdə qərarlaşıblar.

Sonda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədr müavini Müşfiq Həsənov qalibləri təbrik edərək onlara diplom və xatirə hədiyyəsi təqdim edib.