^

"Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 
yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram: 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə və məhkəmə orqanlarında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə 

Qarayev Sənan Məmməd oğlu

Qaybalıyev Vüsal Rəhim oğlu

 

“Rəşadətli əməyə görə” nişanı ilə

Axundlu Nihad Rəşadət oğlu


Əlizadə Turac Məhəmməd qızı


Hüseynbəyli Məftunə Firəddin qızı


İmanova Ayşən Natiq qızı".