^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri ilə yanaşı muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.

İclası giriş sözü ilə Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini Müşfiq Həsənov açaraq Məhkəmənin cari fəaliyyəti, işlərə operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından görülən işlər barədə məlumat verib.

 Sonra muxtar respublikada fəaliyyət göstərən rayon (şəhər) və ixtisaslaşmış məhkəmələrin 2024-cü il üzrə fəaliyyətlərinin yekunları müzakirə olunub, yekun hesabatlar dinlənilib.

İclas müzakirələrlə davam edib.