2025-ci ilin iyun ayının 10-da Azərbaycan Respublikası Prezidentinin 03 iyun 2025-ci il tarixli Sərəncamı ilə Şərur Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsinə təyin olunmuş Abil Orucəliyev və həmin Məhkəmənin hakimi təyin olunmuş İlkin Zeynalov, həmçinin Naxçıvan Şəhər Məhkəməsinin hakimi təyin olunmuş Aslan Heydarov kollektivə təqdim olunub.
Təqdimat zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ölkənin hakim korpusunun daim yenilənməsi, təcrübəli hakimlərlə yanaşı, gənc kadrların fəaliyyətinə geniş şərait yaradılması, ədalət mühakiməsinə çatımlılığın yüksələn xətlə inkişaf etdirilməsi üçün görülən tədbirlər barədə məlumat verərək yeni təyin olunan hakimləri məhkəmənin kollektivi və öz adından təbrik edib.
Sonra yeni vəzifələrə təyinat alan hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını bildiriblər.