^

Ağacəkmə aksiyası keçirilib

 

Aprel ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən ağac əkmə aksiyası keçirilib.

“Konstitusiya və Suverenlik İli” və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə həyata keçirilən aksiya çərçivəsində Pürcuvar Dövlət Meşəsi ərazisində 1 hektar əraziyə 400 ədəd kızılçam, 300 ədəd aylant  fidanları əkilib, onlara ilkin aqrotexniki qulluq göstərilib.

 Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasına töhfə verməkdir.