Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olunmuş Mehdi Əliyev kollektivə təqdim olunub.
Təqdimat zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ölkənin hakim korpusunun daim yenilənməsi, təcrübəli hakimlərlə yanaşı, gənc kadrların fəaliyyətinə geniş şərait yaradılması, ədalət mühakiməsinə çatımlılığın yüksələn xətlə inkişaf etdirilməsi üçün görülən tədbirlər barədə məlumat verərək yeni təyin olunan hakimi məhkəmənin kollektivi və öz adından təbrik edib.
Sonra Mehdi Əliyev çıxış edərək ona göstərilən yüksək etimad üçün minnətdarlığını bildirərək bu etimadı layiqincə doğrultmağa çalışacağını bildirib.