Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində Məhkəmə sədrini müavini Əsgər Novruzovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Əsgər Novruzovu yubileyi münasibətilə təbrik edib, bildirib ki, o, uzun hakimlik fəaliyyəti dövründə bu ağır və şərəfli peşənin öhdəsindən layiqincə gəlmiş, məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə öz töhfələrini vermişdir.
Tədbirin digər çıxışçıları da Əsgər Novruzovu təbrik edərək, ona uğurlar arzu ediblər.
Sonda Əsgər Novruzova Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi adından hədiyyə təqdim olunub.