179.gif)
NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI
АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN
Q Ə R А R I № 7
23 iyul 2026-cı ildə Nахçıvаn şəhərində
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğıdаkı tərkibdə:
Аli Məhkəmənin sədri Aida Hüseynin sədrliyi, sədr müavini Müşfiq Həsənovun, Mülki Kollegiyanın sədri Mehman Allahverdiyevin, İnzibati Kollegiyanın sədri Yusifəli Qurbanovun, Kommersiya kKollegiyasının sədri Səxavət Bəylərlinin iştirakı və Ələsgər Məmmədovun katibliyi ilə,
Dəvət olunan şəxslər – Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin hakimləri, Nахçıvаn Muхtаr Rеspublikаsının ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələrinin sədrləri, hakimləri və Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin əməkdaşlarının iştirаkı ilə
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin kollegiya sədrlərinin 2026-cı ilin birinci yarısında Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsinin kollegiyalarında baxılmış işlərə dair məruzələrini, 2024-cü ildə Nахçıvаn Muxtar Respublikasının İnzibati Məhkəməsi tərəfindən baxılmış əmək pensiyası mübahisələrinə dair işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələri barədə, 01 yanvar 2026-cı il tarixə icraatı dayandırılmış mülki işlərin təhlili barədə, 2024-cü ildə Nахçıvаn Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən baxılmış “Həyat və sağlamlıq əleyhinə olan” cinayət işləri üzrə, 2025-ci ildə baxılmış “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair” qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələri barədə, 2025-ci ildə Nахçıvаn Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən cinayət işlərinə baxılarkən təyin olunmuş cəzaya Azərbaycabn Respublikası Cinayət Məcəlləsiniin 62 və 70-ci maddələrinin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələri barədə məruzələri dinləyib müzаkirə еdərək
Q Ə R A R A A L I R :
1. Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin kollegiyaları üzrə məruzəçilərin 2026-cı ilin birinci yarısında Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsinin kollegiyalarında baxılmış işlərə dair məruzələri nəzərə аlınsın.
2. 2024-cü ildə Nахçıvаn Muxtar Respublikasının İnzibati Məhkəməsi tərəfindən baxılmış əmək pensiyası mübahisələrinə dair işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələri barədə, 2024-cü ildə Nахçıvаn Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən baxılmış “həyat və sağlamlıq əleyhinə olan” cinayət işləri üzrə və 2025-ci ildə baxılmış “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair” qanunvericiliyin tətbiqi təcrübəsinin dair işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələri barədə, 2025-ci ildə Nахçıvаn Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən cinayət işlərinə baxılarkən təyin olunmuş cəzaya CM-in 62 və 70-ci maddələrinin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələri barədə məruzələr nəzərə alınsın, məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri öyrənilməsi üçün muxtar respublikanın ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələrinə göndərilsin.
3. Ədalət mühakiməsinin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirilməsi təmin edilsin.
Sədr Aida Hüseyn