^

Qərar N5 2026-cı il

NАХÇIVАN  MUХTАR  RЕSPUBLİKАSI

АLİ  MƏHKƏMƏSİ  RƏYАSƏT  HЕYƏTİNİN

 Q Ə R А R I  № 5

 

           17  aprel 2026-cı ildə                                                                      Nахçıvаn şəhərində

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğı­dаkı tərkibdə:

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin sədri Aida Hüseynin sədrliyi, sədr müavini Müşfiq Həsənovun, Cinayət Kollegiyasının sədri İlqar Mirzəyevin, Mülki Kollegiyanın sədri Mehman Allahverdiyevin, İnzibati Kollegiyanın sədri Yusifəli Qurbanovun, Kommersiya Kollegiyasının sədri Səxavət Bəylərlinin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icraatına daxil olan 2, 2-2, 8, 8-2, 16, 16-2 nömrəli icraat üzrə işlərin “Elektron Məhkəmə” informasiya sistemində təsadüfi bölgü əsasında paylanmasını təmin etmək üçün Mülki və Kommersiya Kollegiyalarının tərkibinə ehtiyat hakim əlavə edilməsi məqsədilə

 

q ə r а r а    а l ı r :

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zamiq Xudaverdi oğlu Kommersiya Kollegiyasının ehtiyat hakimi müəyyən edilsin.

 2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu Mülki Kollegiyanın ehtiyat hakimi müəyyən edilsin.

3. Qərar məlumat üçün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası­na göndərilsin.

 

 

                       S ə d r                                                Aida Hüseyn