174.gif)
NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI
АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN
Q Ə R А R I № 2
05 fevral 2026-cı il Nахçıvаn şəhəri
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin sədri Aida Hüseynin sədrliyi, sədr müavini Müşfiq Həsənovun, Cinayət Kollegiyasının sədri İlqar Mirzəyevin, Mülki Kollegiyanın sədri Mehman Allahverdiyevin, İnzibati Kollegiyanın sədri Yusifəli Qurbanovun, Kommersiya Kollegiyasının sədri Səxavət Bəylərlinin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 6-1.2.2-ci maddəsinə əsasən hakimlərin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini təmsil edəcək hakimlərin müəyyənləşdirilməsi məqsədilə
q ə r а r а а l ı r :
1. 20 fevral 2026-cı il tarixdə Məhkəmə-Hüquq Şurasına üzvlərin seçilməsi üçün keçirilən hakimlərin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Hüseyn Aida Əli qızının, İnzibati Kollegiyanın sədri Qurbanov Yusifəli Süleyman oğlunun və Kommersiya Kollegiyasının sədri Bəylərli Səxavət Şahhüseyn oğlunun iştirakı müəyyən edilsin.
2. Qərar məlumat üçün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına göndərilsin.
Sədr Aida Hüseyn