^

Qərar N1 2026-cı il

NАХÇIVАN  MUХTАR  RЕSPUBLİKАSI

АLİ  MƏHKƏMƏSİ  RƏYАSƏT  HЕYƏTİNİN

 Q Ə R А R I  № 1

13  yanvar 2026-cı ildə                                                                  Nахçıvаn şəhərində 

          Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğı­dаkı tərkibdə:

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin sədri Aida Hüseynin sədrliyi, sədr müavini Müşfiq Həsənovun, Cinayət Kollegiyasının sədri İlqar Mirzəyevin, Mülki Kollegiyanın sədri Mehman Allahverdiyevin, İnzibati Kollegiyanın sədri Yusifəli Qurbanovun, Kommersiya Kollegiyasının sədri Səxavət Bəylərlinin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə

 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyanın tərkibinin təşkil edilməsi    məsələsini müzakirə edərək, Hakimlərin Qiymətləndirmə Komitəsinin “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Əli qızı Hüseynin məhkəmə daxilində inzibati sahədə ixtisaslaşmasının müəyyən edilməsinə razılıq verilməsi barədə” 9 yanvar 2026-cı il tarixli qərarını nəzərə alaraq və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsini rəhbər tutaraq   

Q Ə R A R A   A L I R :

 

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin  inzibati kollegiyasının hakimi müəyyən edilsin.

 

 

                       S ə d r                                                Aida Hüseyn