14.gif)
NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI
АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN
Q Ə R А R I № 8
17 aprel 2025-ci il Nахçıvаn şəhəri
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğıdаkı tərkibdə:
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin sədri Səadət Bəktaşinin sədrliyi, sədr müavini Müşfiq Həsənovun, Cinayət kollegiyasının sədri İlqar Mirzəyevin, Mülki kollegiyanın sədri Mehman Allahverdiyevin, Kommersiya kollegiyasının sədri Səxavət Bəylərlinin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə
“Hakimlərin Seçki Komitəsi haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsindən Hakimlərin Seçki Komitəsinə üzv seçilməsi üçün namizədlərin təqdim edilməsi məsələsini müzakirə edərək
Q Ə R A R A A L I R:
1. Hakimlərin Seçki Komitəsinə üzv seçilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsindən iki namizəd təqdim edilsin.
2. Namizəd olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini Həsənov Müşfiq Kamil oğlu və Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu müəyyən edilsin.
3. Qərar məlumat üçün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına göndərilsin.
Sədr Səadət Bəktaşi