13.gif)
NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI
АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN
Q Ə R А R I № 7
15 aprel 2025-ci ildə Nахçıvаn şəhərində
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğıdаkı tərkibdə:
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin sədri Səadət Bəktaşinin sədrliyi, sədr müavini Müşfiq Həsənovun, Cinayət kollegiyasının sədri İlqar Mirzəyevin, Mülki kollegiyanın sədri Mehman Allahverdiyevin, Kommersiya kollegiyasının sədri Səxavət Bəylərlinin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının tərkibinin təşkil edilməsi məsələsini müzakirə edərək, Hakimlərin Qiymətləndirmə Komitəsinin “Hakim Əliyev Mehdi Ədalət oğlunun məhkəmə daxilində Mülki kollegiyada ixtisaslaşmasının müəyyən edilməsinə, hakim Kuimova Vera Gennadiyevnanın ixtisaslaşmasının Mülki kollegiyadan Kommersiya kollegiyasına dəyişdirilməsinə razılıq verilməsi barədə” 14 aprel 2025-ci il tarixli qərarını nəzərə alaraq və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsini rəhbər tutaraq
Q Ə R A R A A L I R :
1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 15 mart 2023-cü il tarixli, 3 nömrəli qərarı ilə Mülki kollegiyanın hakimi müəyyən edilmiş Kuimova Vera Gennadiyevna həmin kollegiyanın tərkibindən çıxarılsın və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi müəyyən edilsin.
2. Azərbaycan Respublikası Milli Məclisinin 11 aprel 2025-ci il tarixli, 167-VIIQR nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilmiş Əliyev Mehdi Ədalət oğlu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi müəyyən edilsin.
S ə d r Səadət Bəktaşi