^

Qərar N6 2025-ci il

NАХÇIVАN  MUХTАR  RЕSPUBLİKАSI

АLİ  MƏHKƏMƏSİ  RƏYАSƏT  HЕYƏTİNİN

 Q Ə R А R I  № 6

 

           02  aprel 2025-ci ildə                                                                      Nахçıvаn şəhərində

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğı­dаkı tərkibdə:

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin sədri Səadət Bəktaşinin sədrliyi, cinayət kollegiyasının sədri İlqar Mirzəyevin, inzibati kollegiyanın sədri Yusifəli Qurbanovun, kommersiya kollegiyasının sədri Səxavət Bəylərlinin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə

 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının tərkibinin təşkil edilməsi    məsələsini müzakirə edərək, Hakimlərin Qiymətləndirmə Komitəsinin “Hakim Quliyev Vüqar Kərim oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində ixtisaslaşmasının kommersiya kollegiyasından cinayət kollegiyasına dəyişdirilməsinə razılıq verilməsi barədə” 14 mart 2025-ci il tarixli qərarını nəzərə alaraq və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsini rəhbər tutaraq   

Q Ə R A R A   A L I R :

 

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 15 mart 2023-cü il tarixli, 3 nömrəli qərarı ilə kommersiya kollegiyasının hakimi müəyyən edilmiş Quliyev Vüqar Kərim oğlu həmin kollegiyanın tərkibindən çıxarılsın və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimi müəyyən edilsin.

 

 

 

                       S ə d r                                                Səadət Bəktaşi