10.gif)
NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI
АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN
Q Ə R А R I № 4
25 fevral 2025-ci ildə Nахçıvаn şəhərində
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti аşаğıdаkı tərkibdə:
Аli Məhkəmənin sədri Səadət Bəktaşinin sədrliyi, mülki kollegiyanın sədri Əli Allahverdiyevin, cinayət kollegiyasının sədri İlqar Mirzəyevin, inzibati kollegiyanın sədri Yusifəli Qurbanovun, kommersiya kollegiyasının sədri Səxavət Bəylərlinin iştirakı və Vüsal Muradovun məsul katibliyi ilə
Аli Məhkəmənin Rəyasət Heyətinin 25 fevral 2025-ci il tarixdə keçirilən iclasının gündəliyində duran “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının tərkibinin təşkil edilməsi” məsələsini müzakirə edərək və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsini rəhbər tutaraq
Q Ə R A R A A L I R :
1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 15 mart 2023-cü il tarixli, 3 nömrəli qərarı ilə kommersiya kollegiyasının hakimi müəyyən edilmiş Quliyev Vüqar Kərim oğlu həmin kollegiyanın tərkibindən çıxarılsın və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimi müəyyən edilsin.
S ə d r Səadət Bəktaşi