8.gif)
NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI
АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN
Q Ə R А R I № 2
30 yanvar 2025-ci il Nахçıvаn şəhəri
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 6-1.2.2-ci maddəsinə əsasən hakimlərin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini təmsil edəcək hakimlərin müəyyənləşdirilməsi məqsədilə
q ə r а r а а l ı r :
1. 28 fevral 2025-ci il tarixdə hakimlərin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Bəktaşi Səadət İnayət qızının, Kommersiya kollegiyasının hakimi Quliyev Vüqar Kərim oğlunun və İnzibati kollegiyanın hakimi Həsənov Müşfiq Kamil oğlunun iştirakı müəyyən edilsin.
2. Qərar məlumat üçün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına göndərilsin.
Sədr Səadət Bəktaşi