^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev Culfa rayonunda vətəndaşları qəbul edib

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev növbəti dəfə 29 avqust 2019-cu il tarixdə  Culfa rayonunda vətəndaşların qəbulunu həyata keçirmişdir. Culfa  Rayon Məhkəməsində vətəndaşları qəbul edən Ali Məhkəmənin sədri Qasım Əliyev qəbul zamanı onların müraciətlərini diqqətlə dinləmiş və müraciətlərdə qaldırılan məsələlər  yerindəcə öz həllini tapmışdır.