Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev 04 iyul 2019-cu il tarixdə Naxçıvan Şəhər Məhkəməsində vətəndaşların qəbulunu keçirmişdir.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlərin qısa zamanda həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.