Hakimlərin Seçki Komitəsinin 14 dekabr 2015-ci il tarixdə keçirilən iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilmiş və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınmışdır.
Hakimliyə namizədlərin sənədləri 15 dekabr 2015-ci il tarixdən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcəkdir.
Naxçıvan Muxtar Respublikasında hakimliyə namizədlərin sənədləri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında 4 nömrəli otaqda qəbul ediləcəkdir.
Namizədləri maraqlandıran suallarla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Əli Allahverdiyevə müraciət oluna bilər.
Əlaqə telefonu: (036) 545-01-52
HAKİMLİYƏ NAMİZƏDLİYİN İRƏLİ SÜRÜLMƏSİ ÜÇÜN TƏLƏB EDİLƏN SƏNƏDLƏR
1. Hakimlərin Seçki Komitəsinə ərizə;
2. Şəxsiyyət vəsiqəsi və onun surəti;
3. Kadrların şəxsi uçot vərəqəsi;
4. Tərcümeyi-hal;
5. Ali təhsil haqqında sənəd (diplom) və onun surəti;
6. Əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar şöbəsində) surəti;
7. Fiziki və əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
8. 4x6 ölçüdə 4 ədəd fotoşəkil.
Qeyd:
Surətləri ilə müqayisə edildikdən sonra şəxsiyyət vəsiqəsi və ali təhsil haqqında sənəd (diplom) geri qaytarılır.
Tərcümeyi halda özünüz haqqında məlumatlar yazıldıqdan sonra Kadrların şəxsi uçot vərəqəsində göstərilən qohumlar barədə də məlumatlar yazılmalıdır. Tərcümeyi halın sonunda "Məhkəmələr və Hakimlər haqqında" Qanunun 93-cü maddəsində göstərilən tələblərə cavab verməyiniz barədə məlumat qeyd edilməlidir.