^

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN NƏŞRİ OLAN BÜLLETENİN YENİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Bülleteninin yeni nömrəsi çapdan çıxmışdır. Bu  bülletenin 2012-ci il üçün nəzərdə tutulmuş 2-ci sayıdır. 

Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Bülleteni 2006-cı ildən nəşr olunmağa başlayıb. 

    Bülleten ildə 2 dəfə olmaqla hər il nəşr olunur. Bülletenin "Yeni sənədlər normativ aktlar", "Məhkəmə fəaliyyəti", İnsan hüquqları və məhkəmə təcrübəsi", "Nəzəriyyə və hüquqtətbiqetmə problemləri", "Hakimlərin milli və beynəlxalq qurumlarında", "Azad tribuna" və "Ali Məhkəmənin mətbuat xidmətindən" başlıqlı sərlövlərində ölkəmizdə və muxtar respublikada məhkəmə sisteminə aid yeni qəbul olunmuş hüquqi aktlar, məhkəmə fəaliyyətinə dair məlumatlar, müxtəlif hüquqi mövzularla bağlı məqalələr, Ali Məhkəmədə keçirilən tədbirlər barədə geniş məlumatlar oxuculara təqdim olunur.