^

Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Çıxarış)

 

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,

 

apellyasiya instansiyası məhkəmələri üzrə:

...

1.2. Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

1.3. Səxavət Şahhüseyn oğlu Bəylərli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

1.4. Əli Kərim oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

...

hərbi məhkəmələr üzrə:

1.11. Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri təyin edilsin;

...

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

1.13. Mehrab Fərmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.14. Zülfüqar Əziz oğlu Əhmədov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.15. Gülnar Xanlar qızı Səfərəliyeva Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilsin;

1.16. Hüseyn Nadir oğlu Zülfüqarov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri təyin edilsin;

...

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2024-cü il