25 noyabr tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi məhkəmənin bir qrup əməkdaşı ilə birlikdə aksiyada iştirak edib.
Cəhri qəsəbəsində keçirilən aksiya zamanı 5000 ədəd torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.