Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Hüseyn Məmmədovu yubileyi münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Səadət Bəktaşi qeyd edib ki, Hüseyn Məmmədov artıq 20 ildir ki, hakim kimi fəaliyyət göstərir. O, bütün fəaliyyəti dövründə bu ağır və şərəfli peşənin öhdəsindən layiqincə gəlmiş, məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə öz töhfələrini vermişdir.
Tədbirin digər çıxışçıları da Hüseyn Məmmədovu təbrik edərək, ona uğurlar arzu ediblər.
Sonda Hüseyn Məmmədova Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi adından hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.