^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib

 

İyul ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi davam edən məhkəmə-hüquq islahatları barədə söhbət açmış, ulu öndər Heydər Əliyevin müasir hüquq sisteminin formalaşmasında xidmətlərini xüsusi vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar barədə geniş məlumat vermişdir.

Səadət Bəktaşi bildirmişdir ki, hüquq münasibətlərinin subyektləri arasında hüquq və vəzifələrin həyata keçirilməsi prosesində meydana çıxan mübahisələrin qanun əsasında, ədalətli və tez həll edilməsinə olan tələbatı qarşılamalı olan məhkəmə sisteminin fəaliyyəti daimi təkmilləşməni tələb edir. Bu tələbat insanlar arasındakı iqtisadi, mülki, ailə və digər münasibətlərin ölkə çərçivəsindən kənara çıxaraq beynəlmiləlləşməsi, informasiya-kommunikasiya texnologiyalarının durmadan yeniləşməsi, müvafiq olaraq yeni hüquq münasibətlərinin yaranması və tənzimlənməsi ilə bağlı mövcud məhkəmə təcrübəsinin inkişafını şərtləndirir.

Sonra Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılmış, muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinin nəticələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti verilmiş qərarlarının sabitlik göstəriciləri ətraflı təhlil edilmişdir.

Daha sonra muxtar respublikanın ixtisaslaşmış, rayon (şəhər) məhkəmələrinin sədrlərinin 2023-cü ilin birinci yarısında gördükləri işlərə dair məlumatları dinlənilmişdir.

Sonda 2022-ci ilin ikinci yarısında Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən bахılıb nəticə vеrilmiş mülki, cinayət, həbs qətimkan tədbirinin tətbiq edilməsi,  inzibati xətalar, inzibati və kommersiya mübahisələrinə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri diqqətə çatdırılmışdır.

 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd etmişdir ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini qаnunvеriciliyin tələblərinə uyğun həyata keçirməklə ölkədə aparılan mütərəqqi hüquq islahatlarının uğurla davam etdirilməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, vətəndaş məmnuniyyətinin təmini və onların hüquqlarının bərpasına, eyni zamanda ədalət mühakiməsinə əlçatanlığın təmini və məhkəmələrin fəaliyyətinin şəffaflığına  yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.