Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi “Dövlət qulluqçularının peşə bayramı” günü münasibətilə Məhkəmənin bir qrup əməkdaşının mükafatlandırılmasına dair əmr imzalamışdır. Müvafiq əmrlərlə əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdiklərinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiklərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının bir qrup inzibati vəzifə tutan dövlət qulluqçularına “Təşəkkür” elan olunmuş, yardımçı vəzifə tutan dövlət qulluqçuları bir aylıq vəzifə maaşı həcmində mükafatlandırılmışlar.
Bu barədə əmrlər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini Əsgər Novruzov tərəfindən kollektivə elan olunmuş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.
Əməkdaşlar onlara göstərilən diqqətə görə öz təşəkkürlərini bildirmişlər.