Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 19-da Qasım Əliyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb:
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Qasım Vəli oğlu Əliyevə “Əməkdar hüquqşünas” fəxri adı verilsin".