"Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:
Hərbi məhkəmələr üzrə:
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi
Orucəliyev Abil Elmar oğlu
Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
Babək Rayon Məhkəməsi
İsmayıl Günay Mikayıl qızı
Naxçıvan Şəhər Məhkəməsi
Əliyeva Gülsüm Kamal qızı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,3 fevral 2021-ci il.