^

Решение №1 2013 г.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN

 

RƏYASƏT HEYƏTİNİN

 

Q Ə R A R  I      Ν 1

 

16  yanvar 2013-cü il                                                                                                                   Naxçıvan şəhəri

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti aşağıdakı tərkibdə:

 

Ali Məhkəmənin sədri R.R.Süleymanovun sədrliyi,

 

mülki kollegiyanın sədri vəzifəsini icra edən Ə.K.Allahverdiyevin,

 

inzibati-iqtisadi kollegiyanın sədri vəzifəsini icra edən Y.S.Qurbanovun,

 

hərbi kollegiyanın sədri vəzifəsini icra edən Q.N.Məmmədovun iştirakları ilə

 

Ali Məhkəmənin sədri R.R.Süleymanovun 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirmə sahəsində görülmüş işlər haqqında məruzəsini, məruzə ilə əlaqədar çıxışları dinləyib müzakirə edərək 

 

Q ə r a r a    a l ı r :

 

 1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri R.R.Süleymanovun 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirmə sahəsində görülmüş işlər haqqında məruzəsi nəzərə alınsın.

 

 2. Muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinə tövsiyə olunsun ki:

 

- 22 dekabr 2012-ci il tarixdə keçirilmiş dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ili elan olması nəzərə alınmaqla bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilməsini təmin etsinlər;

 

- Cari ildə işlərə baxılarkən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunvericiliyin tələblərinə riayət edilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirsinlər;

 

- Vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərə, şifahi müraciətlərə Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılmasını təmin etsinlər;

 

- Səyyari məhkəmə iclaslarının keçirilməsinə, qanunvericiliyə gətirilən yeniliklərlə bağlı əhali arasında hüquqi maarifləndirmə işinin genişləndirilməsinə, məhkəmələrdə fəaliyyət göstərən kitabxanaların qanunvericilik aktları və hüquq ədəbiyyatı ilə zənginləşdirilməsinə, eləcə də qanunvericiliyin sistemləşdirilməsi işinin təşkilinə xüsusi diqqət yetirsinlər;

 

- Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimata uyğun olaraq məhkəmələrdə kargüzarlığın və statistik təhlilin aparılması işinin təkmilləşdirilməsinə, əmək və icra intizamına daha ciddi əməl olunmasına xüsusi diqqət yetirsinlər.

 

S Ə D R :                                    RAMİZ  SÜLEYMANOV